Bu da Rihannanın 25 milyonluq evi – FOTO 

Hazırda oxunan: Bu da Rihannanın 25 milyonluq evi – FOTO 

182716

Dünya pop səhnəsinin ulduzu Rihanna Los-Ancelesdəki dəbdəbəli “penthaus”unun (binanın sonuncu mərtəbəsində yerləşən düz dam örtüyünə baxan çoxotaqlı mənzil – red.) şəkilləri sosial şəbəkələrə yayılıb. 

Bizim.Media xəbər verir ki, sözügedən mənzildə bir neçə il əvvəl Hollivud ulduzu Metyu Perri yaşayıb. 

Şəhərdəki azsaylı göydələnlərdən birinin 40-cı mərtəbəsində yerləşən mənzildə dörd yataq, səkkiz vanna otağı və Sakit okeana və Los-Ancelesin gözəlliyinə baxan dörd terras var. Yeri gəlmişkən, binanın özündə hovuz, kinoteatr və fitnes zalı var. Orada əsasən, yalnız Hollivud ulduzları yaşayır.
“Daily Mail”inin məlumatına görə, Rihanna mülkündən xilas olmaq qərarına gəlib. Görünür, o, dörd nəfərlik bir ailə üçün çox balaca olub. Müğənni “penthaus”u 25 milyon dollara satışa çıxarıb. Yeri gəlmişkən, Rihannanın eyni binada başqa mənzili də var. 










Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO