Elgizdən həmkarlarına: Qonağına o qədər yaltaqlanır ki, baxanda insanın "ətin tökülür" - VİDEO

Hazırda oxunan: Elgizdən həmkarlarına: Qonağına o qədər yaltaqlanır ki, baxanda insanın "ətin tökülür" - VİDEO

178786

"Bəzi aparıcılar verilişlərinə gələn qonağa o qədər yalaqlıq, yaltaqlıq edirlər ki, insanın "əti tökülür".

Bizim.Media xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu "Elgiz izlə" ictimai-sosial verilişində deyib.

Elgiz qonağını hədsiz şəkildə tərifləyən həmkarlarını "yaltaq" adlandırıraq, onları sərt şəkildə tənqid edib.
"Qonağa xoş söz demək olar, onu gözəl qarşılayıb və gözəl şəkildə təqdim etmək olar. Amma hər şeyin də bir həddi var. Bəzi aparıcılar bunu o qədər yaltaq və yalaq formasında edirlər ki... Kənardan çox pis görsənir. Şəxsən mən bunları görən kimi kanalı dəyişirəm. Çünki bu kimi şeylər mənim heç xoşuma gəlmir".

E.Əkbər bəzi xanım aparıcılarını paxıl adlandırıb:

"Mənə söyləyiblər ki, bir xanım aparıcı var ki, verilişinə özündən gözəl qonaq gələndə başlayır onu "iynəməyə". Başlayır onu acılamağa ki, sən niyə məndən gözəlsən. Bunları da eşitmişəm (gülür).
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO