Ağamirzə: “Ağakərimin vəziyyəti yaxşı deyil”

Ağamirzə: “Ağakərimin vəziyyəti yaxşı deyil”

Hazırda oxunan: Ağamirzə: “Ağakərimin vəziyyəti yaxşı deyil”

160054

“Ağakərimin vəziyyəti yaxşı deyil”. 

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov uzun illərdir yataq xəstəsi olan həmkarı Ağakərim ləqəbi ilə məşhurlaşan Kərim Novruzov haqda qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Söz xiridarı Ağakərimin səhhəti ilə bağlı bunları söyləyib:

“Dəfələrlə ona baş çəkirəm. Onun yanında 3-4 dəqiqədən artıq qala bilmirəm. Ona bəlkə, 20 dəfə salam verirəm. Bəlkə də o, verdiyim salamların yalnız birində başını yuxarı qaldırıb, salamlaşır. Mən çıxıb gedəndən sonra məni arada bir tanıyır. Amma çox zaman tanımır. Onun bu hala düşməsinin səbəbi yüksək təzyiq, insult keçirməsi, şəkər xəstəliyindən əziyyət çəkməsi oldu”. 
Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Meyxanaçı ötən ilin dekabrında ikinci dəfə insult keçirib. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO