2014-cü ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin qalibi Konçita Vurts Azərbaycanı bu il yarışmada təmsil edəcək zaqatalalı Tural və Turan Bağmanov qardaşlarının “Tell me more” mahnısından söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda musiqiçi Martin Zerza ilə birlikdə aparıcısı olduğu “Wurst TV”də danışıb.
Konçita əkizlərin yüksək vokal imkanlarına sahib olduğunu deyib: “Tell me more” nəğməsi möhtəşəmdir”.
Martin də ona dəstək verib: “Çox şirin mahnıdır”.
Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq.
Rəşad Əliyev, Bizim.Media