Keçmiş məhkum 6,5 kq narkotiklə saxlanıldı

Keçmiş məhkum 6,5 kq narkotiklə saxlanıldı

Hazırda oxunan: Keçmiş məhkum 6,5 kq narkotiklə saxlanıldı

89576

Moderator.az-ın verdiyi xəbərə görə, Salyan rayonunda Tərtər sakinindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.



Daxil olmuş məlumat əsasında Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə əvvəllər məhkumluq həyatı  yaşamış Tərtər rayon sakini, 46 yaşlı Ədalət Məmmədov şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 6 kiloqram 160 qram narkotik vasitə olan marixuana və 348 qram tiryək aşkar edilərək götürülüb. 



Şöbədə ilkin istintaq zamanı Ədalət Məmmədov törətdiyi cinayəti etiraf edib: "Zibilxanadan tapmışam. Satmaq üçün Salyana gətirdim, o da alınmadı".



Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO