Vəzifəsini kimlər itirəcək?  ”“ Mümkün ehtimallar

Vəzifəsini kimlər itirəcək? ”“ Mümkün ehtimallar

Hazırda oxunan: Vəzifəsini kimlər itirəcək? ”“ Mümkün ehtimallar

82615
Avropa Oyunlarından sonra hakim komandada mümkün kadr dəyişikliyi haqda məlumatlar iqtidar daxilində cəbhələşmə meyllərini artırıb. Beynəlxalq Bankdan təxminən 6,5 milyard dollar kreditin mənimsənilməsinə görə başlanmış həbslər nisbətən səngiyən kimi qalmaqallı səfir Arif Məmmədov Binəqədidəki yanğın olayı səbəbindən iqtidar məmurlarını hədəfə alması ilə diqqəti yenidən iqtidar daxilinə yönəltdi.xa0


Moderator.az yeni müsavat-a istinadən xəbər verir ki, son aylar baş verənləri bəziləri xa0“ikinci Elşad Abdullayev”x9d prosesinə bənzədirlər. Amma belə görünür ki, həm Beynəlxalq Bank işi, həm də sabiq səfirlə bağlı qalmaqal bir neçə oliqarxın həbsi ilə və ya nazirlərin parlamentdə mandat itkisi ilə yekunlaşmayacaq. Əksinə, bu dəfə daha geniş məmur spektrini əhatə edən “ələnmə”x9d olacaq.xa0

Beynəlxalq Bank işi üzrə istintaqdan məlumatlı olan mənbə deyib ki, həbslərin ikinci dalğası məhz 6 milyard manatın mənimsənilməsində iştirakçı olan daha iri fiqurların üzə çıxarılmasına hesablanıb. Daha doğrusu, onların adları əvvəldən məlumdur. Amma böyük idman tədbiri ərəfəsi iqtidar daha ciddi narahatlıq yaratmamaq üçün müəyyən qədər gözləməli olub. Məlumata görə, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev yalnız öz şirkətlərinə və biznesinə məsul olanlar üçün krediti ürəklə verib.xa0

Qalan kreditorlara isə “gözünü yumub”x9d kredit verməyib, əksinə, verdiyi hər bir dolların dövlətə aid olduğu barədə xəbərdarlıq edib, üstəlik, zamin duran bəzi yüksək vəzifəli məmurlardan zəmanət kağızı belə alıb. Onun hələ də həbs edilməməsinin sirri də özünü mümkün olan qədər sığorta etməsidir. Amma belə görünür ki, daha iri məmurlarla hesablaşmaq üçün iqtidar C.Hacıyevin həbsini rəsmiləşdirməlidir. Çünki Beynəlxalq Bankdan sorumlu olan C.Hacıyevi “istintaqla əməkdaşlıq edir”x9d bəhanəsi ilə kənarda saxlayıb bu işə bu və ya digər şəkildə aidiyyəti olanları cəzalandırmaq məntiqli olmaz. xa0 xa0

C.Hacıyevlə bağlı daha bir sensasion fakt isə istintaqa yeni məlum olub. İddiaya görə, C.Hacıyevin bir neçə milyon manat kreditin hara verilməsinin araşdırılması zamanı məlum olub ki, sabiq bankir dövlət rəhbərliyi ilə məsləhətləşmədən xarici iş adamının borcunun əvəzində Asiya ölkələrinin birində neftayırma zavodu alıb. Məlumdur ki, Azərbaycan dövləti adına xa0xaricdən iri obyektlər alınanda bu, dövlət rəhbərliyi ilə mütləq razılaşdırılmalıdır. Amma iş təkcə zavodun alınması ilə bağlı dövlət səviyyəsində razılığın olmaması ilə bitmir. Mənbənin iddiasına görə, zavodun inkişaf etmiş Asiya ölkələrində deyil, terror qruplaşmalarının və tayfa davalarının hələ də at oynatdığı Əfqanıstanda alındığı üzə çıxıb. Bu isə Beynəlxalq Bankın növbəti milyonlarının faktiki batması deməkdir...xa0

Qeyd edək ki, C.Hacıyevin xa0Dubayda da “İntertekstill”x9d fabriki və “İnterstell”x9d poladəritmə zavodu olub. xa0Bu olaylardan sonra məlum olub ki, yalnız tekstil fabriki fəaliyyət göstərib. İkinci zavod isə metallurgiya zavodu olub və həbslərə qədər tikintisi davam edirmiş. Hazırda yarımçıq zavod satışa çıxarılıb ki, Dubayda ən yaxşı halda 100 milyon dollara satılması ehtimalı var. Dubayda “ərinmiş”x9d pulun miqdarı isə xa0318 milyon manatdan çoxdur...

***

Beynəlxalq Bank qalmaqalında adı keçən Hacı İbrahim Nehrəmlinin həbsi (indi azadlıqdadır) onun qardaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovu da hədəfə gətirib. Düzdür, qardaşlar arasında soyuqluq var və onun iyunun 20-də özünü asan qaynı Məzahir Sadıqovun Beynəlxalq Bank işində adı keçmirdi. Amma mərhumun adı da bir müddət əvvəl mətbuatda tikinti dələduzluğunda hallanmışdı. Bu iki hadisənin son vaxtlar biznesində də xeyli məhdudiyyətlərlə üzləşən N. İbrahimovun karyerasına son qoya biləcəyi ilə bağlı da xəbərlər yayılmaqdadır. xa0

***

Karyerasına ciddi təhlükə olan digər məmur xa0- nəqliyyat naziri Ziya Məmmədovla bağlı da xəbərlər intensivləşib. Nazirin qalmaqallı sabiq səfirlə ailəvi yaxınlığı barədə məlumatları Arif Məmmədov təkzib etməyib. Daha doğrusu, sabiq səfir mediaya son açıqlamasında hər şeydən danışsa da, mərhum atasının bir vaxtlar Z. Məmmədovun rəhbərlik etdiyi nazirlikdə yüksək vəzifə tutmasından danışmayıb.xa0

Nazirin oğlunun amerikalı milyarder şəriki Donald Trumpun ilə şərikli tikdirdiyi “Trump Towers”x9din açılışının müəmmalı səbəbdən ləngiməsinin ardınca “Atletlər kəndində”x9d baş vermiş qəza Məmmədovlarla xa0bağlı məsələni daha da qəlizləşdirib.xa0

Belə ki, nazirin qardaşı Loğman Məmmədovun oğlu, “Transqeyt”x9d MMC-nin rəhbəri Rövşən Məmmədovun xa0“Atletlər kəndi”x9dndəki qəza ilə bağlı ötən həftə istintaqa çağırıldığı xəbəri yayılıb. “Azadlıq”x9d qəzetinin xəbərində deyilirdi ki, Rövşən Məmmədovla yanaşı Nəqliyyat Nazirliyinin bir neçə işçisi də qəza ilə bağlı dindirilib.

Xatırladaq ki, Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl - iyunun 11-də “Atletlər kəndi”x9dnin nəqliyyat deposunda, “Bakubus”x9d Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvlərinə bədən xəsarətləri yetirib.

Avtobus “Bakubus”x9da məxsus olsa da, “Transqeyt”x9d şirkətinin də məsələyə aidiyyəti var. Bildirilir ki, məhz Ziya Məmmədovun qardaşı oğlunun rəhbərlik etdiyi şirkət bu avtobusları Azərbaycana gətirib. Qəzadan bir gün sonra həbs edilən xa0sürücünün oğlu açıqlama vermişdi ki, hadisə avtobusda texniki nasazlıqdan baş verib. Mümkündür ki, Rövşən Məmmədov da bu səbəbdən istintaqa çağırılsın. Xəbərlə bağlı Nəqliyyat Nazirliyindən hər hansı şərh almaq mümkün olmayıb. xa0

Daha bir maraqlı məqam Məmmədovların şəriki xa0Donald Trumpun xa0Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmasının rəsmiləşdirilməsidir. Ötən həftə Manhettendə yerləşən “Trump-Tower”x9dgöydələnində mətbuat konfransı keçirən milyarder bu qərarını rəsmən bəyan edib. xa069 yaşlı milyarder “Mən Allahın bu günə qədər yaratdığı ən əzəmətli prezident olacam”x9d deyə, bildirib. “The Washington Post”x9dun məlumatına görə, Trump seçki kampaniyasında uğurlu biznesmen mövqeyindən çıxış edəcək. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2016-cı ilin 8 noyabr tarixində keçiriləcək.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO