Oğuzda qəbiristanlıqlarda olan ağacları kəsən şəxslər müəyyənləşib

Oğuzda qəbiristanlıqlarda olan ağacları kəsən şəxslər müəyyənləşib

Hazırda oxunan: Oğuzda qəbiristanlıqlarda olan ağacları kəsən şəxslər müəyyənləşib

607604

Oğuzda köhnə qəbiristanlıqlarda olan ağacları kəsən şəxslər müəyyənləşib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

O qeyd edib ki, rayonun Muxas kəndi ərazisində yerləşən qəbiristanlıqda ağacların kəsilməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub.

Həmin əraziyə baxış keçirilib və təbiətə vurulan maddi ziyanın məbləğinin hesablanması məqsədilə müvafiq ekspertiza təyin edilib.

İlkin araşdırma zamanı ağacların iki nəfər kənd sakini tərəfindən kəsildiyi məlum olub və hazırda araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO