İrandan Türkiyəyə təbii qazın nəqli oktyabrın 9-dək dayandırılacaq.
Bizim.Media “NTV”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkəti açıqlama yayıb.
Bildirilib ki, İran-Türkiyə Təbii Qaz Boru Kəmərində aparılacaq planlı yoxlama və təftiş işləri ilə əlaqədar olaraq Gürbulak giriş məntəqəsindən təbii qazın nəqli paylayıcı şəbəkə ilə 8 gün mümkün olmayacaq.
Şirkət planlaşdırılan cari təmir-bərpa işləri zamanı ölkə elektrik verilişi şəbəkəsində tələb-təklif balansı ilə bağlı problemin olmayacağını da qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:47 / 01.10.2022
İrandan Türkiyəyə qaz nəqli dayandırıldı
Hazırda oxunan: İrandan Türkiyəyə qaz nəqli dayandırıldı
Hazırda oxunan: İrandan Türkiyəyə qaz nəqli dayandırıldı
96856
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.