2022-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin qiyməti 50 ABŞ dolları məbləğində nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.
Xatırladaq ki, bu, rəqəm həm ilkin proqnozda, həm də 2021-ci ilin dövlət büdcəsində 45 dollar olub.
Xatırladaq ki, gələn il Azərbaycanın büdcə gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir. Bunlar, bu ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur. Son nəticədə büdcədə 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir (report).
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:43 / 29.10.2021
Azərbaycan neftinin büdcə qiyməti 50 dollara qaldırılır
Hazırda oxunan: Azərbaycan neftinin büdcə qiyməti 50 dollara qaldırılır
Hazırda oxunan: Azərbaycan neftinin büdcə qiyməti 50 dollara qaldırılır
43775
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.