Bakı-Sumqayıt magistralının təmiri nə zaman bitəcək?- FOTO

Bakı-Sumqayıt magistralının təmiri nə zaman bitəcək?- FOTO

Hazırda oxunan: Bakı-Sumqayıt magistralının təmiri nə zaman bitəcək?- FOTO

23131

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işlərinin 2-ci hissəsi davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən

Bizim.Media-ya bildirilib ki, təmir-bərpa işlərinin 1-ci hissəsi üzrə magistralın 30-cu kilometrindən (Sumqayıt) 16-cı kilometrinədək (VAZ dairəsi) olan hissəsində yenidənqurma işləri artıq yekunlaşıb.

Təmir-bərpa işləri zamanı yol yatağı yenidən tikilir, yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.

Daha sonra 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq “VAZ dairəsi” deyilən ərazidən başlayaraq Ceyranbatan qəsəbəsi istiqamətində 4 kilometrlik hissədə qeyd olunan işlər yekunlaşdırılıb. Növbəti 1 kilometrlik hissədə isə işlər davam etdirilir.

Magistralın təmir-bərpa işləri aparılan 14 kilometrlik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənib.

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində aparılan işlər zamanı avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur.

Bu səbəbdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında tamamlanması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO