Azad edilmiş rayonlarda iribuynuzlu və xırdabuynuzlu heyvanların SAYI - FOTO

Hazırda oxunan: Azad edilmiş rayonlarda iribuynuzlu və xırdabuynuzlu heyvanların SAYI - FOTO

162125

2023-cü il oktyabr ayının 1-nə işğaldan azad edilmiş rayonlarda iribuynuzlu heyvanların sayı 187 min 331 baş, xirdabuynuzlu heyvanların sayı isə 747 min 808 baş təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalarda deyilir.

Qeyd edək ki, iribuynuzlu heyvanların sayı ən çox Ağdam (47 449 baş), Laçın ( 40 960 baş) , Kəlbəcər( 35 835 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Kəlbəcər ( 179 235 baş), Laçın ( 152 945 baş), Füzuli ( 138 638 baş) rayonlarındadır.
Əlavə edək ki, cari ilin oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 mln. 533.1 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 mln. 223.2 min baş təşkil edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO