“Bank VTB” də kəskin ZƏRƏRLƏ İŞLƏYİR – Bütün aktivlər AZALDI – HESABAT  

Hazırda oxunan: “Bank VTB” də kəskin ZƏRƏRLƏ İŞLƏYİR – Bütün aktivlər AZALDI – HESABAT  

161446

2023-cü ilin yanvar-sentyabr ayları “Bank VTB Azərbaycan” ASC üçün elə də uğurlu olmayıb və demək olar ki, bütün gəlirlərində ciddi zərər müşahidə edilib.  

Bizim.Media bankın III rüb üçün açıqladığı hesabata əsasən xəbər verir ki, bu dövr ərzində ASC-nin bir illik xalis gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 927 min manat və ya 9.7% azalaraq 8 milyon 643 min manata azalıb.  

Ötən ilin eyni dövründə bu məbləğ 9 milyon 570 min manat həcmində olub. 

Qeyd edək ki, qurumun faiz gəlirlərində 1 milyon 539 min manatlıq və ya 7,63 faizlik artım olub. Belə ki, ötən ilin sentyabrın 30-nə qədər bu vəsaitin həcmi 18 milyon 607 manat, cari ildə isə 20 milyon 146 min manat təşkil edib.  

Bankı faiz xərcləri isə cəmi 800 min manatlıq və ya 13,75 faizlik azalıb. Belə ki, ötən ilin eyni dövründə 5 milyon 815 min manat olan xərclər bu il 5 milyon 015 min manatdır.  

Ancaq qeyri-faiz gəlirlərində baş verən azalma 5 milyon manatdan çox olub. Belə ki, ötən dövrdə bu gəlirlər 10 milyon 895 min manat həcmində idisə, cari dövrdə bu, birdən-birə 5 milyon 433 min manat və ya 49,87 faizə qədər azalaraq 5 milyon 462 min manat olub.  
2023-cü ilin sentyabrın 30-na qədər “Bank VTB Azərbaycan”ın aktivlərinin ümumi məbləği 231 milyon 238 min manat təşkil edib. Belə ki, ötən ilin dekabrın 31-nə qədər olan vəziyyətə əsasən, bu vəsait 238 milyon 493 min manat olub. 

Hesablamalar zamanı aydın olub ki, yanvar-sentyabr aylarında vəsaitlərin həcmi 7 milyon 255 min manat və ya 3, 04 faiz azalıb.  

Qeyd edək ki, bu azalma əsasən nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlər hesabına baş verib.  

Belə ki, vəsaitlər ötən ilin eyni dövründə 39 milyon 231 min manat olubsa, cari ilin oktyabrın 1-nə qədər 30 milyon 052 min manata qədər azalıb. Burdan görünür ki, 1 illik azalma 9 milyon 179 min manat və ya 23,39 faiz həcmində olub.  

Ticarət və investisiya qiymətli kağızları ilə bağlı azalma isə daha kəskin olub. Belə ki, əgər ötən il bu vəsaitlər 24 milyon 475 min manat idisə, cari dövrdə bu, cəmi 3 milyon 420 min manat təşkil edib. Buradan da görünür ki, bir illik azalma 21 milyon 055 min manat və ya 86,02 faiz həddindədir.  

Banklar və digər maliyyə institutlarına verilən kreditlərin dəyərində də ciddi azalma müşahidə olunur. Belə ki, ötən ilin qeyd edilən dövründə bu vəsaitlər 23 milyon 901 min manat təşkil edirdisə, cari dövrdə bu, bidən-birə 10 milyon 393 min manat və ya 43,48 faizə qədər azalıb.  
Diqqətə çatdıraq ki, bankın əsas öhdəliklərində də ciddi azalmalar baş verib. Belə ki, ötən il 158 milyon 275 min manat olan bu dəyər cari dövrdə birdən-birə 15 milyon və ya 10,10 faiz azalaraq 142 min 285 min manata düşüb. Bu da əsasən fiziki və hüquqi şəxlərin depozitləri hesabına baş verib.  

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO