Yeni reytinq açıqlanıb- FOTO

Yeni reytinq açıqlanıb- FOTO

Hazırda oxunan: Yeni reytinq açıqlanıb- FOTO

77347
Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il aprel ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Yunan-Roma güləşi üzrə reytinq siyahısına 8 güləşçimizin adı daxil edilib.

Azərbaycan Güləş Federasiyasından Moderator.az -a bildirilib ki, Rəsul Çunayev (71 kq) və Rafiq Hüseynov (80 kq) növbəti dəfə birinciliklərini qoruyub. Həsən Əliyev (66 kq), Saman Təhmasibi (85 kq), İslam Abbasov (85 kq) və Elvin Mürsəliyevin (75 kq) də mövqeyində dəyişiklik baş verməyib. Saman Təhmasibi 2-ci, Həsən və Elvin müvafiq olaraq siyahıda 5-ci yerdədir. İslam Abbasov (85 kq) 6-cı sırada qərarlaşıb. Ötən ay keçirilən Vehbi Emrenin xatirə turnirində çempionluq sevinci yaşayan Elman Muxtarov (59 kq) reytinq siyahısına 15-ci yerdən daxil olub. 

59 kq
15. Elman Muxtarov - Vehbi Emre turniri 1-ci yer (nr)
18. Taleh Məmmədov - Təxti Kuboku turniri 1-ci yer (14)

66 kq
5. Həsən Əliyev - DÇ 5-ci yer (5)

71 kq
1. Rəsul Çunayev - Dünya Kuboku 1-ci yer (1)

75 kq
5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)

80 kq 
1. Rafiq Hüseynov - Dünya Kuboku 1-ci yer (1)

85 kq
2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)
6. İslam Abbasov - U-23 AÇ 3-cü yer (6)

Xatırladaq ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO