"Neftçi" özünə yeni rəqib tapdı

Hazırda oxunan: "Neftçi" özünə yeni rəqib tapdı

7492

Bakıda təlim-məşq toplanışını davam etdirən "Neftçi"nin hazırlıq müddətində yoxlama oyunu üçün ilk rəqibi bəlli olub.

Bizim.Media xəbər verir ki, "ağ-qaralar"la I Divizion təmsilçisi "Kəpəz"lə qarşılaşacaq. Məlumatı Gəncə klubunun rəsmi saytı yayıb.

Yanvarın 10-da paytaxtda baş tutacaq görüşün başlama saatı açıqlanmayıb.

Qeyd edək ki, "Neftçi" həmin tarixdə "Qəbələ" ilə oynamalı olsa da, sonradan qarşılaşma ləğv olunub. Flaqman ayın 14-də isə "Keşlə” ilə sınaq matçında üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO