Qurban Qurbanov:

Qurban Qurbanov: "Başqa kluba getməyi düşünmürəm" 

Hazırda oxunan: Qurban Qurbanov: "Başqa kluba getməyi düşünmürəm" 

74074

"Yaxın dönəmlərdə xarici klublardan təklif almamışam. Düzü, bu barədə maraqlanmamışam. Mənim üçün vacib olan "Qarabağ"dır".

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "köhlən atlar"la müqavilə müddətini uzatması barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis bildirib ki, onun üçün "Qarabağ"ın dəyəri digər klublardan daha böyükdür:

"Onun adlı-sanlı klub olması belə, bu gerçəkliyi dəyişmir. Başqa kluba rəhbərlik etməyi düşünmürəm. Yaxın gələcək üçün ancaq "Qarabağ"ı fikirləşirəm".
Qeyd edək ki, Qurban Qurbanov "Qarabağ"la 3 illik yeni müqavilə imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO