Çempionlar Liqasında mübarizəni dayandıran məşqçi 450 ölüm təhdidi aldı

Çempionlar Liqasında mübarizəni dayandıran məşqçi 450 ölüm təhdidi aldı

Hazırda oxunan: Çempionlar Liqasında mübarizəni dayandıran məşqçi 450 ölüm təhdidi aldı

69910

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/4 finalında "Vilyarreal"a iki oyununun nəticəsinə (0:1, 1:1) əsasən uduzaraq mübarizəni dayandırdıqdan sonra 450 ölüm təhdidi alıb.

Bizim.Media "DW"yə istinadən xəbər verir ki, bu barədə mütəxəssis özü məlumat verib:

“Tənqidlərlə bağlı problemim yoxdur, amma "İnstaqram"da 450 ölüm təhdidi almışam. Bunu qələbə qazansaq da, uduzsaq da, demək olar ki, hər oyundan sonra yaşayıram və bu mesajları oxumadan silirəm. Aydın məsələdir ki, çoxları məni öldürmək istəyir, ancaq bu məsələlərə aiddiyatı olmayan anamı da öldürmək istəyirlər.

İnsanlar istədiklərini yaza bilərlər, lakin bu, bir az çoxdur. Niyə belə olduğunu başa düşmürəm".

Y.Naqelsmann baş verənlərə baxmayaraq, Münhen təmsilçisində baş məşqçi vəzifəsinə davam edəcəyini söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO