Bakıda "Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün bilet satışı dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, sistemdə aparılan yeniləmə işlərinə görə, matça bilet satışı bu gün ərzində baş tutmayacaq.
Fevralın 21-i saat 11:00-dan isə biletlər yenidən satışda olacaq.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:13 / 20.02.2022
\"Qarabağ\" - \"Marsel\" oyunu üçün bilet satışı dayandırıldı - SƏBƏB
Hazırda oxunan: \"Qarabağ\" - \"Marsel\" oyunu üçün bilet satışı dayandırıldı - SƏBƏB
Hazırda oxunan: \"Qarabağ\" - \"Marsel\" oyunu üçün bilet satışı dayandırıldı - SƏBƏB
61006
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.