Birləşmiş Ərəb Əmirliklərindən olan “No Limits Sports” fondu Rusiyada sərmayə üçün maraq doğuran üç futbol klubundan biri kimi Volqoqradın “Rotor” klubunu nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist İvan Karpov fondun Avrasiya istiqaməti üzrə prezidenti Andreevə istinadən məlumat yayıb.
Fondun nümayəndəsi bildirib ki, “No Limits Sports” Rusiyada sərmayə üçün çevik və genişmiqyaslı model təklif edir:
“No Limits Sports” Rusiya futboluna sərmayə yatırmaq üçün unikal model təklif edir və məbləğ baxımından sərt çərçivələrlə məhdudlaşmır. Biznes-planın keyfiyyətindən və perspektivindən asılı olaraq on milyardlarla rubladək (10 milyard rubl təxminən 220 milyon AZN) sərmayə mümkündür. Fondun əsas məqsədi sadəcə yatırılan vəsaitin geri qaytarılması deyil, aktivin ardıcıl inkişafı və 3-5 il ərzində onu dayanıqlı və yüksək gəlirli investisiyaya çevirməkdir.”
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:40 / 05.01.2026
Ərəblər Rusiya klubunu almaq istəyir
Hazırda oxunan: Ərəblər Rusiya klubunu almaq istəyir
Hazırda oxunan: Ərəblər Rusiya klubunu almaq istəyir
588942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































