Xorvatiya, Serbiya və İspaniya DÇ-2022-yə vəsiqə qazandı – NƏTİCƏLƏR

Xorvatiya, Serbiya və İspaniya DÇ-2022-yə vəsiqə qazandı – NƏTİCƏLƏR

Hazırda oxunan: Xorvatiya, Serbiya və İspaniya DÇ-2022-yə vəsiqə qazandı – NƏTİCƏLƏR

0:00
0:00
46007

Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində axırıncı turun ilk oyun gününə yekun vurulub.

Bizim.Media xəbər verir ki, X turda son olaraq, A və B qruplarında 4 görüş keçirilib.

Qarşılaşmaların yekununda Serbiya və İspaniya yığmaları qrup qalibləri kimi Qətərdə təşkil olunacaq dünya çempionatına birbaşa vəsiqə qazanıb.

A qrupunda Portuqaliya Serbiya ilə ev oyununda hesabı erkən qolla açsa da, sonda məğlubiyyətlə üzləşib. Əzmkar hesabla qalib gələn Serbiya millisi xallarını 21-ə çatdıraraq, 1-ci yeri tutub.

Qrupun digər görüşündə İrlandiya səfərdə Lüksemburqa 3:0 hesabı ilə qalib gələrək, "cırtdanlar"la eyni miqdarda - 9 xal toplayıb və vurulan-buraxılan topların fərqində daha yaxşı göstəriciyə malik olduğu üçün 3-cü pilləyə yüksəlib.
 

B qrupunda isə İspaniya Serbiyanı minimal hesabla yenib və xalını 19-a çatdıraraq, skandinaviyalılardan 4 xal aralanıb. Qrupun digər oyununda Yunanıstan evdə Kosovo ilə 1:1 hesablı heç-heçə edərək, 10 xalla 3-cü yeri tutub.


Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa və Xorvatiya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO