Azərbaycan Paralimpiya Komitəsinin Mətbuat Xidmətindən Moderator.az-a daxil olan məlumata görə,İspaniyanın Alekante şəhərində keçirilən güllə atıcılığı idmanı üzrə Avropa çempionatında Azərbaycan Milli Paralimpiya komitəsinin güllə atıcıları dünən komanda üzrə 50 metr məsafədə iştirak ediblər. Milli Paralimpiya Komandası, komanda hesabı ilə 1538 xalla 3cü yerə layiq görülüb.
Qeyd edək ki, birinci yeri 1573 xalla Rusiya Federasiyası, ikinci yeri isə 1563
xalla Serbiya tutub.


































































































