Oyun zamanı məşqçini ildırım öldürdü

Oyun zamanı məşqçini ildırım öldürdü

Hazırda oxunan: Oyun zamanı məşqçini ildırım öldürdü

34925

Futbol məşqçisini oyun zamanı ildırım vurub.

Bizim.Media xəbər verir ki, hadisə Bolqarıstanda baş verib.

BTA dövlət informasiya agentliyinin məlumatına görə, “Lessiçovo” və “Çernoqorovo” komandaları arasındakı yoldaşlıq matçı zamanı qonaq komandanın məşqçisi İvan Rançevi ildırım vurub. 41 yaşlı məşqçi hadisə yerində ölüb.

Hadisə zamanı bir neçə futbolçunu zərbə dalğası vurub, amma onlar ağır xəsarət almayıblar.

Şəhər meri Dimitar Vrinçev faktı təsdiqləyib:

"Matç yerli saatla 18.30-da başlayıb. Bundan az sonra yağış başlayıb, göy guruldayıb. İldırım İvan Rançevi və bizim komandamızın futbolçusunu vurub. Onların ikisi də yerə yıxılıblar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO