Müdafiə Nazirliyi Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, iyulun 2-də saat 19:00-da Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında birinci Dünya Futbol kubokunun təntənəli açılış mərasimi keçiriləcək. “Dalğa-Arena” stadionunda baş tutacaq açılş mərasiminə 16 dövlətin futbol komandası qatılacaq.
Çempionatın ilk oyunu ”“ “A” qrupunda yer almış Azərbaycan və Mali komandaları arasında keçiriləcək.
Turnirin mahiyyəti, gedişi, oyunların vaxtı, keçirilmə yeri və digər məlumatları çempionatın rəsmi internet səhifəsindən ( www.cism-wft2013.az ) əldə etmək olar.































































































