"Sumqayıt" basketbol klubu baş məşqçisi Vadim Kuramşınla bağlı qərarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, "gənclik şəhər" təmsilçisi təcrübəli mütəxəssislə müqavilə müddətini uzadıb.
O, yeni mövsümdə də komandanın "sükanı arxası"nda olacaq.
Qeyd edək ki, Kuramşın "Sumqayıt" təsis edildiyi dövrdən komandada məşqçi kimi çalışır. O, ötən mövsümün gedişində baş məşqçi postuna gətirilib.
Kuramşının başçılığı altında "Sumqayıt" B qrupunu 4-cü sırada başa vurub. Pley-in seriyasında isə komanda "Sərhədçi"yə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Bizim.Media