"Arsenal" "Real"ın oyunçusu Rodriqo Silva de Qoesi transfer etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, "topçular"ın baş məşqçisi Mikel Arteta braziliyalının oyununu bəyənir və rəhbərlikdən mövsümlərarası fasilədə onun transferini istəyib.
"Real" braziliyalının transferi üçün qarşı tərəfdən 100 milyon avro tələb edir.
Qeyd edək ki, Rodriqo başa çatan mövsümdə "Real"ın heyətində ümumilikdə 51 oyuna çıxıb və 14 qol vurub. Rodriqonun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:47 / 12.06.2025
“Real” bu futbolçu üçün 100 milyon avro İSTƏYİR
Hazırda oxunan: “Real” bu futbolçu üçün 100 milyon avro İSTƏYİR
Hazırda oxunan: “Real” bu futbolçu üçün 100 milyon avro İSTƏYİR
254425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.