İspaniyanın “Barselona” klubu hücumçu Robert Levandovski ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib.
Bizim.Media “Mundo Deportivo”ya istinadən xəbər verir ki, klub 36 yaşlı ön xətt oyunçusu ilə müqavilə müddətini daha bir il uzatmaq yönündə anlaşıb.
Səudiyyə Ərəbistanı klublarından birinin futbolçuya ildə 100 milyon avroluq müqavilə təklif etməsinə baxmayaraq, onun “Barselona”dan getmək istəmədiyi bildirilib.
Qeyd edək ki, R.Levandovski hazırda La Liqada 19 qolla bombardirlər siyahısına başçılıq edir.
O, 2022-ci ildə “Bavariya”dan Kataloniya təmsilçisinə transfer olunub.
Bizim.Media
![“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq “Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq](https://bizim.media/file/articles/2025/02/12/1739356212_levandovski.jpg)
- A-
- A
- A+
İdman
14:29 / 12.02.2025
“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq
Hazırda oxunan: “Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq
Hazırda oxunan: “Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq
234409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.