“Kəpəz” Türkiyədə oynayan legionerlə DANIŞIQ APARIR

“Kəpəz” Türkiyədə oynayan legionerlə DANIŞIQ APARIR

Hazırda oxunan: “Kəpəz” Türkiyədə oynayan legionerlə DANIŞIQ APARIR

211724

Premyer Liqada qalmaq mücadiləsi verən «Kəpəz» transfer çalışmalarını davam etdirir. 

Bizim.Media xəbər verir ki, Gəncəlilər hazırda daha bir legionerlə danışıqlar aparır. 
 

Kəpəz Malidən olan 24 yaşlı yarımmüdafiəçi Məhəmməd Banı Azərbaycana gəlməyə razı salmağa səy göstərir. Afrikalı yarımmüdafiəçiyə 10 aylıq müqavilə təklif edilib. 


Onun karyerası Türkiyə ilə bağlıdır. Gənc yaşlarında bura gələn Ba 2019-2021-ci illərdə «Erzurumspor BB»nın formasını geyinib. Daha sonra «Bandırmaspor» və «Menemenspor»un şərəfini qoruyub. 2022-ci ildə «Adana Demirspor»un təklifini qəbul edib.

Burada keçirdiyi ilk mövsümdə Super Liqada debüt imkanı qazanmayan malili 2023-cü ilin əvvəlində icarəyə verildiyi «İstanbulspor»la arzusuna çatıb. 

15 dəfə meydana ayaq basdığı liqada aktivinə 1 qol yazdırıb. 2023-cü ilin yayında isə bu dəfə «Tuzlaspor»a icarəyə verilib, burada millimizin müdafiəçisi Bəxtiyar Həsənəlizadə ilə komanda yoldaşı olub. Tuzlanın eyniadlı komandası TFF I Liqanı tərk edincə, Ba da buradan ayrılıb.

Hazırda azad agent statusu daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO