Azərbaycan Premyer Liqasının oyunu təxirə salınıb

Azərbaycan Premyer Liqasının oyunu təxirə salınıb

Hazırda oxunan: Azərbaycan Premyer Liqasının oyunu təxirə salınıb

2108

Azərbaycan Premyer Liqasının oyunu IX turun startı koronavirus səbəbindən təxirə salınıb.

Bizim.Media “ApaSport”-a istinadən bildirir ki, bu gün keçirilməli olan “Sabah” - “Zirə” görüşü baş tutmayacaq.

Buna səbəb meydan sahiblərinin koronavirusa yoluxmasıdır. “Sabah”-ın üzvlərində testin müsbət nəticə verməsi oyunun təşkilinə mane olub. Bu, Azərbaycan Premyer Liqasında koronavirusa ilk yoluxma halıdır. Futbolçuların yenidən koronavirus testindən keçməsi matçın baş tutmasına mane olub.

Bu üzdən də qarşılaşma qeyri-müəyyən vaxta təxirə salınıb. Koronavirusa yoluxanların kimliyi açıqlanmır.

Qeyd edək ki, turun digər matçları noyabrın 7-8-də keçiriləcək. Sabah “Keşlə” “Qəbələ”ni, “Səbail” “Sumqayıt”ı, ertəsi gün “Neftçi” “Qarabağ”ı qəbul edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO