"Sumqayıt" Azərbaycan Premyer Liqasında mövsümə qələbə ilə başladı

"Sumqayıt" Azərbaycan Premyer Liqasında mövsümə qələbə ilə başladı

Hazırda oxunan: "Sumqayıt" Azərbaycan Premyer Liqasında mövsümə qələbə ilə başladı

204955

Bu gün Azərbaycan Premyer Liqasında I turun növbəti oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, Sumqayıtda şəhərin eyni adlı komandası "Kəpəz"lə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 14-cü dəqiqədə Səbuhi Abdullazadə açıb. 71-ci dəqiqədə fərqlənən Rəhim Sadıxov isə matçda yekun nəticəni təyin edib.

Qeyd edək ki, 2024/2025 mövsümünün açılış matçında "Qarabağ" səfərdə "Araz Naxçıvan"a 4:1 hesabı ilə qalib gəlib. Bu gün reallaşan "Neftçi" - "Turan Tovuz" oyununda isə qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək "Sabah" - "Şamaxı" və "Zirə" - "Səbail" görüşləri ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO