"Sumqayıt" "Fehervar"a UDUZDU - VİDEO

Hazırda oxunan: "Sumqayıt" "Fehervar"a UDUZDU - VİDEO

203617

"Sumqayıt" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Samir Abasovun komandası evdə Macarıstan "Fehervar"ını qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş "Fehervar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu cütün qalibi 3-cü raundda "Omoniya" (Kipr) - "Torpedo" Kutaisi (Gürcüstan) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab matçı iyulun 31-də Macarıstanda oynanılacaq.

Konfrans Liqası, ilk oyunlar

25 iyul

20:00. "Sumqayıt" (Azərbaycan) - "Fehervar" (Macarıstan) - 1:2

Qollar: Səbuhi Abdullazadə, 20 (1:0), Tobyas Kristensen, 39 (1:1), Ksaba Spandler, 52 (1:2)

Qırmızı vərəqə: Murad Xaçayev, 32 ("Sumqayıt")

Hakimlər: Florian Lata, Xulio Mani, Reydi Zaimi, Kreşnik Çyapi (Albaniya)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO