Millimizin Avropa çempionatında potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ 

Hazırda oxunan: Millimizin Avropa çempionatında potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ 

184598

Minifutbol üzrə Avropa çempionatının püşkatmasının tarixi və səbətləri bəlli olub. 

Bizim.Media xəbər verir ki, final mərhələsinin iştirakçıları aprelin 4-də qruplara bölünəcək. 
Azərbaycan millisi püşkatmada 1-ci səbətdə yer alacaq. Qrup mərhələsində 24 komanda 6 “dördlüy”ə bölünəcək.

1-ci səbət: Azərbaycan, Bosniya və Herseqovina, Rumıniya, Bolqarıstan, Qazaxıstan və Slovakiya;

2-ci səbət: Ukrayna, Macarıstan, Fransa, Çexiya, Serbiya, Monteneqro;

3-cü səbət: İspaniya, İngiltərə, Polşa, Gürcüstan, İtaliya, Sloveniya;

4-cü səbət: Yunanıstan, Portuqaliya, Albaniya, Türkiyə, Avstriya, Xorvatiya.

Qeyd edək ki, iyunun 1-dən 9-dək keçiriləcək qitə çempionatına Bosniya və Herseqovina ev sahibliyi edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO