“Beşiktaş” “Borussiya”nın üzvünü transfer etmək istəyir

Hazırda oxunan: “Beşiktaş” “Borussiya”nın üzvünü transfer etmək istəyir

184487

"Borussiya"nın futbolçusu Salih Özcan komandadan ayrılmaq istəyir.

Bizim.Media xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi az forma şansı qazanmasından narazıdır. 

Türk oyunçu daha çox oynaya biləcəyi komandaya getmək niyyətindədir.

"Beşiktaş" Türkiyə millisinin üzvünü heyətinə qatmaq istəyir. İstanbul təmsilçisi futbolçunun transferi üçün klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Borussiya" Salih Özcanı 2022-ci ilin yayında "Köln"dən transfer edib. O, cari mövsümdə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda qol və ya assistlə yadda qalmayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO