Neymar məşhur tennisçinin oyununu izləyib

Hazırda oxunan: Neymar məşhur tennisçinin oyununu izləyib

184321

Mayamidə keçirilən tennis üzrə “Masters” seriyalı turnirdə azarkeşlər arasında tanınmış simaları da görmək mümkündür. 

Bizim.Media xəbər verir ki, xüsusilə də Karlos Alkarasın oyunlarına məşhur idmançılar təşrif buyurur. 

İspaniyalı raketka ustasının 1/16 final mərhələsində Qael Monfisə qarşı oyunu da belə olub. Matçı tribunalardan braziliyalı futbolçu Neymar izləyib. 
“Əl Hilal”ın zədəli futbolçusununm yanında MBA klublarından “Mayami Hits”in lideri Cimmi Batler də olub. Oyundan sonra ulduz idmançılar Karlos Alkarasla şəkil çəkdirib.

Onlardan başqa, oyunu izləyənlər arasında dünya tennis reytinqinin keçmiş 3 nömrəsi argentinalı Xuan Martin Del Potro da olub.

Xatırladaq ki, ispaniyalı tennisçi Qael Monfislə oyunda qalib gələrək 1/8 fnala yüksəlib. Bu mərhələdə onun rəqibi italyan tennisçi Lorenso Muzetti olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO