Avarçəkənlərimiz nüfuzlu yarışda medal QAZANDI – FOTO  

Hazırda oxunan: Avarçəkənlərimiz nüfuzlu yarışda medal QAZANDI – FOTO  

184267

İtaliyada təşkil edilən akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turnirinə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, sayca 38-ci dəfədir keçirilən yarışda yığma komandamızın üzvü Diana Dımçenko ardıcıl ikinci il fərxi kürsüdə yer tutub. 

Diana 1 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə təsnifat mərhələsini birinci yerdə tamamlayaraq əsas final olan A finalına vəsiqə qazanıb.

Burada idmançımızı qızıl medaldan cəmi bir-neçə saniyə ayırıb. Serbiyalı Arsik Yovanadan (08:01:16 - 08:05:47) 4 saniyə geri qalan Diana turnirin gümüş medalına sahib olub. 

Xatırladaq ki, Diana Dımçenko ötən il “Paolo De Aloya” turnirində birinci yer tutub. 






Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO