UEFA "Qarabağ"ı böyük məbləğdə CƏRİMƏLƏDİ 

Hazırda oxunan: UEFA "Qarabağ"ı böyük məbləğdə CƏRİMƏLƏDİ 

184224

UEFA "Qarabağ" klubunu 45750 avro (təxminən 84532 manat) cərimələyib. 

Bizim.Media xəbər verir ki, qurum Bakıda Portuqaliyanın "Braqa" və Almaniyanın "Bayer 04" komandalarına qarşı Avropa Liqasının oyunlarında yaşananlara hüquqi qiymət verib. 

"Köhlən atlar" "Braqa"ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) lazer şüalarından istifadəyə görə 8000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə 7500 avro ödəyəcək. 
Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) isə azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. "Qarabağ" bu səbəbdən 2750 avro ziyana düşüb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO