“Azərreyl”dən qələbə

“Azərreyl”dən qələbə

Hazırda oxunan: “Azərreyl”dən qələbə

179451

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün “Murov Az Terminal” voleybol klubunun idman zalında “Azərreyl” və MOİK klubları üz-üzə gəliblər. 

İlk setdən təşəbbüsə yiyələnən “Azərreyl” üstünlüyünü sonadək qoruyub və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.

Beləliklə, “Azərreyl” 27 xalla (9 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal”ın 21 xalı (8 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
“Azərreyl” – MOİK 3:0 (25:15, 25:23, 25:7)

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO