Arda Güler qayıtdı 

Arda Güler qayıtdı 

Hazırda oxunan: Arda Güler qayıtdı 

156558

"Real"ın futbolçusu Arda Güler zədəsini sağaldıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.  

18 yaşlı yarımmüdafiəçi bu gün komanda ilə məşqlərə qatılıb. Onun bazar günü "Atletiko"ya qarşı oynaya biləcəyi qeyd olunub. 

Həmçinin komandanın digər futbolçusu Vinisius Junior da zədəsini sağaldaraq məşqdə iştirak edib. 

Qeyd edək ki, Arda iyulun 29-da Madrid təmsilçisinin məşqində zədə almışdı. O, bu səbəbdən klubun ABŞ-dakı təlim-məşq toplanışını vaxtından əvvəl başa vurmuşdu. Türkiyə millisinin üzvü avqustn 14-də dizindən əməliyyat olunmuşdu.  
Əlavə edək ki, "Real" iyulun 6-da A.Gülerlə 2029-cu ilin iyununa qədər müqavilə imzaladığını açıqlayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO