1-ci pillədə olan cüdoçularımız Yunanıstanla qarşılaşacaq - FOTO

1-ci pillədə olan cüdoçularımız Yunanıstanla qarşılaşacaq - FOTO

Hazırda oxunan: 1-ci pillədə olan cüdoçularımız Yunanıstanla qarşılaşacaq - FOTO

152504

Bu gün Xorvatiyada keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatına yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, sonuncu gündə komandalararası yarış baş tutacaq.

Azərbaycan millisi 1/8 final mərhələsində Yunanıstan seçməsi ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığma fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO