Azərbaycan Premyer Liqasında ilk tura bu gün yekun vurulacaq

Azərbaycan Premyer Liqasında ilk tura bu gün yekun vurulacaq

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında ilk tura bu gün yekun vurulacaq

149660

Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Gəncədə olacaq. "Kəpəz" tarixi derbidə "Neftçi"ni sınağa çəkəcək. Gəncə şəhər stadionunda oynanılacaq görüşü Tural Qurbanov idarə edəcək.

Tur Bakıda "Sabah" və "Qəbələ" komandaları arasında keçiriləcək oyunla tamamlanacaq. Matçın baş hakimi Tural Cəlilov olacaq.

Azərbaycan Premyer Liqası
I tur
6 avqust (bazar)

17:00. "Kəpəz" - "Neftçi"

Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı

VAR: Kamal Umudlu
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
Gəncə şəhər stadionu.

20:00. "Sabah" - "Qəbələ"

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev

VAR: Rəşad Əhmədov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bank Respublika Arena".

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0, "Sumqayıt" "Səbail"i 4:1, "Zirə" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO