7 ölkənin qadın basketbolçuları ŞUŞADA yarışacaq

7 ölkənin qadın basketbolçuları ŞUŞADA yarışacaq

Hazırda oxunan: 7 ölkənin qadın basketbolçuları ŞUŞADA yarışacaq

140952

Bu gün 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start veriləcək.

Bizim.Media xəbər verir ki, turnirdə səkkiz komanda iki qrupda mübarizə aparacaq.

A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası yarışacaq.

Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.

Turnirin Şuşa mərhələsinin açılış oyunu saat 13:00-da Almaniya və Türkiyə seçmələri arasında baş tutacaq. Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan, “Neftçi” klubunun görüşü isə saat 13:50-də Rumıniya seçməsinə qarşı olacaq.

Qeyd edək ki, dünya qadın seriyasında Şuşa mərhələsinin oyunları “CBC Sport” telekanalı vasitəsilə də canlı yayımlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO