“Qarabağ”ın keçmiş futbolçusu mövsümü başa vurdu

“Qarabağ”ın keçmiş futbolçusu mövsümü başa vurdu

Hazırda oxunan: “Qarabağ”ın keçmiş futbolçusu mövsümü başa vurdu

132674

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borgesin vəziyyəti ürəkaçan deyil.  

Bizim.Media xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusunun nümayəndəsi Helsio Alisk braziliyalının vəziyyəti barədə danışıb.  

O, dünən “Spartak”la matçda beyni silkələnən oyunçu haqda deyib:  

“Mən Kadinin həyat yoldaşı ilə danışdım. O, futbolçunun hazırda xəstəxanada həkimlərin nəzarətində olduğunu deyir. Ən əsası odur ki, Kadinin şüuru özündədir. Lakin zədəsinin xarakteri hələ məlum deyil”.  
Rusiya mətbuatı isə 27 yaşlı oyunçunun göz yuvasının xarici aşağı divarının qapalı sınığı ilə yerdəyişməsi, sağ üst çənəsinin arxa divarının qapalı sınığı, sağ ziqomatik qövsün sınığı, eləcə də sağtərəfli üst çənənin sınığı diaqnozu qoyulub. “Matç TV”nin məlumatına görə, braziliyalı bu mövsümün bütün matçlarını buraxmaq riski daşıyır. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO