De Byazinin qovulmamasının səbəbi məlum OLDU 

De Byazinin qovulmamasının səbəbi məlum OLDU 

Hazırda oxunan: De Byazinin qovulmamasının səbəbi məlum OLDU 
130905
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA milli komandamızın Avro-2024-ün seçmə mərhələsindəki ilk oyunlarda biabırçı məğlubiyyətlərinə baxmayaraq yığmanın baş məşqçisi Cani De Byazini istefaya göndərmədi.

Federasiyanın İcraiyyə Komitəsinin iclasında italyan məşqçi hesabat verərək iclası erkən tərk edəndə çoxları onun artıq millimizlə bağlılığının sona çatdığını düşünürdü. 

Ancaq belə olmadı və komitə üzvləri italiyalının sonuna qədər postunda qalmasına səs verdi. Onlardan bəziləri məşqçiyə daha bir şans verildiyini bəh-bəhlə mətbuata açıqlasalar da, qoca italyanın ölkəmizdə qalmasının başqa səbəbi var.

Bu da müqaviləsində nəzərdə tutulan təzminat məsələsidir. Bizim.Media-nın əldə etdiyi məlumata görə De Byazinin erkən göndərilməsinə görə təzminat məbləği 600 min avrodur (1128000 manat). 

Buraya onun koməkçilərinin də alacağı məbləği əlavə etsək məşqçinin istefası AFFA-ya təxminən 2 milyon manata başa gələcəkdi.

Bu isə hazırkı vəziyyətdə böyük rəqəmdir və federasiya məhz bu səbəbdən De Byazini istefaya göndərməkdən vaz keçərək ilin sonuna qədər dözmək qərarına gəlib.

Onlar dözəcək, bəs azarkeşlər necə?

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO