Futbolçu oyun vaxtı huşunu itirdi

Futbolçu oyun vaxtı huşunu itirdi

Hazırda oxunan: Futbolçu oyun vaxtı huşunu itirdi

12594

"Napoli" klubunun futbolçusu Viktor Osimhen İtaliya A Seriyasında XXIII turun "Atalanta" ilə səfər matçında ciddi xəsarət alıb.

Bizim.Media xəbər verir ki, 23 yaşlı hücumçu qarşılaşmanın sonuncu dəqiqəsində arxası üstə yerə yıxılıb.

Nigeriyalı forvardın başı yerə dəyib və o, huşunu itirib. Meydanı xərəkdə tərk edən futbolçu dərhal xəstəxanaya yerləşdirilib.

"Napoli" klubu Osimhenin ağır zədədən qurtulduğunu və hazırda xəstəxanada həkimlərin nəzarəti altında olduğunu bildirib.

Qeyd edək ki, qarşılaşma "Atalanta"nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO