"Arsenal"ın futbolçusu: "Anam həftədə 3 dəfə futbol oynayır"

Hazırda oxunan: "Arsenal"ın futbolçusu: "Anam həftədə 3 dəfə futbol oynayır"

122232

“Anam mənim üçün böyük ilham mənbəyidir. O, həmişə bacımı və məni maarifləndirmək üçün əlindən gələni etməyə çalışıb, bizə gələcəkdə həqiqətən yaxşı insanlar olmağı öyrədib". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Arsenal"ın futbolçusu Jorjinyo klubun saytına müsahibəsində deyib. 

Braziliyalı futbolçu anasının ən yaxşı məşqçi olduğunu bildirib:

"Həmişə mənimlə telefonda oyun haqqında danışır, matçlar və bütün hərəkətlərim barədə soruşur. Hər dəfə mənə oyunum haqqında düşündüklərini deyir. Yaxşı oynamayanda məni danlayır. Düzünü desəm, o, məni nadir hallarda tərifləyir. Çətin bir "məşqçidir". Onun da futbol təcrübəsi var, hələ də oynayır. Əslində həftədə üç dəfə futbol oynayır. O, futbolu çox sevir və biz həmişə bu haqda danışırıq". 

Qeyd edək ki, braziliya əsilli futbolçu həm də İtaliya vətəndaşıdır və 2016-cı ildən bu ölkənin millisində çıxış edir. O, daha əvvəl "Verona", "Napoli" və "Çelsi"də oynayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO