\

\"Qarabağ\" Premyer Liqada növbəti qələbəsini qazandı

Hazırda oxunan: \"Qarabağ\" Premyer Liqada növbəti qələbəsini qazandı

103125

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, günün ikinci oyununda "Qarabağ" "Kəpəz"i qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma "köhlən atlar"ın 3:1 hesablı qələbəsi ilə bitib.
Ağdam təmsilçisinin qollarını 16-cı dəqiqədə penaltidən Ramil Şeydayev, 76-cı dəqiqədə Musa Qurbanlı, 79-cu dəqiqədə Kvabena Ovusu vurub. Gəncə klubunun heyətində 75-ci dəqiqədə Yusif Nəbiyev fərqlənib. 88-ci dəqiqədə Musa Qurbanlı penaltidən yararlana bilməyib.

Bu nəticədən sonra xallarının sayını 36-a çatdıran "Qarabağ" liderliyini qorulub. "Kəpəz" 8 xalla 8-ci sırada qalıb.

Qeyd edək ki, günün ilk görüşündə "Sabah" səfərdə "Səbail"i iki cavabsız qolla üstələyib. Turun əvvəlki oyunlarında "Şamaxı" səfərdə "Turan Tovuz"a 3:1, "Qəbələ" evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib, "Sumqayıt" - "Neftçi" matçı isə 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO