Rusiya vətəndaşı Qubada öldü -  Qəzada

Rusiya vətəndaşı Qubada öldü - Qəzada

Hazırda oxunan: Rusiya vətəndaşı Qubada öldü - Qəzada

155851
Dünən Quba rayonunda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən məlumata görə, hadisə Quba rayonunun Vladimirovka kəndində qeydə alınıb.

Rayon sakini Habil Muradovun idarə etdiyi “VAZ-2106”x9d və Qusar rayon sakini Bəxtiyar Sadirovun idarə etdiyi “AzSamand”x9d markalı avtomobillər toqquşub.

Nəticədə B.Sadirovun sərnişinlərindən Rusiya Federasiyası vətəndaşı Lida Madirsultanova hadisə yerində ölüb, digər 2 sərnişini, habelə H.Muradovun 1 sərnişini, eləcə də hər 2 sürücü xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO