Daşkəsəndə təbii fəlakət  - Fotolar

Daşkəsəndə təbii fəlakət - Fotolar

Hazırda oxunan: Daşkəsəndə təbii fəlakət - Fotolar

137983

Ötən axşam Daşkəsən rayonu ərazisində təbii fəlakət baş verib. Yağış və dolu ilə müşayiət olunan güclü külək - qasırğa nəticəsində Daşkəsən şəhərinin 10-dan  artıq  yaşayış və inzibati binanın dam örtüklərinə və rayonun yol, elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə  ziyan dəyib.

İcra Hakimiyyətindən Moderator.az-a bildirilib ki, şəhər sakinlərindən birinin fərdi minik avtomobilinin üzərinə ağac aşması nəticəsində maşın yararsız hala düşüb.

Baş vermiş təbii fəlakət barədə aidiyyəti üzrə qurumlara məlumatlar verilib. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO