Əhməd Oruc AMİP-i adı var özü yox partiya adlandırdı...

Əhməd Oruc AMİP-i adı var özü yox partiya adlandırdı...

Hazırda oxunan: Əhməd Oruc AMİP-i adı var özü yox partiya adlandırdı...

56101
AMİP artıq bir siyasi partiya çərçivəsindən çıxaraq QHT çərşivəsinə enib.

 Bunu Moderator.az-a açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Onun sözlərinə görə, artıq bu partiyanın adı qalıb. Özü isə siyasi səhnədən uzaqlaşaraq, QHT və kooperativ bir təşkilat kimi fəaliyyət göstərir: “Onlar bir neçə xarici təşkilatla əməkdaşlıq müqaviləsi imzalayıb və onlarla əməkdaşlıq edərək pul qazanmaqla məşuldurlar.” 
Ə. Oruc onu da əlavə etdi ki, bu necə siyasi təşkilatdır ki, nə prezident seçkilərində iştirak etdi, nə namizəd irəli sürdü, nə heç kimi müdafiə etmədi,  nə də ki, seçkinin yekunu ilə bağlı mövqe ortaya qoymadı:
“Belə də siyasi partiya olar?  Ona görə də bir daha təkrar edirəm ki, bu artıq siyasi partiya deyil, ko0perativ bir təşkilatdır.”

AMİP sözçüsü Əli Orucov isə Əhməd Orucun dediklərinə cavab olaraq bildirdi ki, ciddi adamın dediklərinə münasibət bildrimək olar: 

“Axı Əhməd Oruc kimdir ki, onun dediklərinə də münasibət bildirim. O siyasi partiyanın  fəaliyyətinin nədən ibarət olduğunu anlaya bilməz. Belə məsələlər onun səviyyəsi deyil. Əhməd Oruc yaxşı olar gedib inəkləri ilə məşğul olsun. O anlasa- anlasa ancaq belə şeylərdən anlaya bilər.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO