“SOCAR-ın İsveçrədə 160-dan artıq yanacaqdoldurma məntəqəsi var”

“SOCAR-ın İsveçrədə 160-dan artıq yanacaqdoldurma məntəqəsi var”

Hazırda oxunan: “SOCAR-ın İsveçrədə 160-dan artıq yanacaqdoldurma məntəqəsi var”

49673

“SOCAR-ın İsveçrədə 160-dan artıq yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir”. Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı deyib. Onun sözlərinə görə, bu gün təkcə İsveçrə şirkətləri Azərbaycana sərmayə qoymur, eyni zamanda Azərbaycan şirkətləri də bu ölkənin iqtisadiyyatına səmayə yatırırlar:

”SOCAR bu ölkənin iqtisadiyyatına ciddi iqtisadi sərmayə yatırıb və bu gün İsveçrənin müxtəlif bölgələrində 160-dan artıq yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə olaraq SOCAR İsveçrənin ərzaq və qida sahəsində topdan və pərakəndə satışı ilə məşğul olan “Miqro” şirkəti ilə əməkdaşlıq edir”.

Səfir onu da əlavə edib ki, SOCAR eyni zamanda İsveçrənin mədəni həyatında da aktiv fəaliyyət göstərir:

 “SOCAR İsveçrədə keçriliən dünyada məhşur olan Montre ənənvi caz festivalının əsas sponsoplarından biridir”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO