"Rusiya və Azərbaycan Ukrayna üzrə bir platformadan çıxış edəcək"

Hazırda oxunan: "Rusiya və Azərbaycan Ukrayna üzrə bir platformadan çıxış edəcək"

47450
Rusiya Federasiyası və Azərbaycan Bakıda keçiriləcək ATƏT-in sessiyasında Ukrayna üzrə bir platformadan çıxış edəcək".
ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşü zamanı deyib. O bildirib ki, biz Ukraynanın cənub-şərqində vəziyyəti müşahidə edirik və Rusiyanın ümidlərini anlayırıq: "Biz bütün bunları görürük. Mən hesab edirəm ki, ATƏT-də Rusiya və Azərbaycan strateji partnyor olaraq bir platformadan çıxış edəcək. 

O. Əsədov vurğulayıb ki, Azərbaycan Rusiyayla ikitərəfli münasibətlərin inkişafına böyük qiymət verir: "Mən əminəm ki, belə səfərlər, görüşlər parlamentlərarası münasibətlərə təkan verir".

O, iyunda Rusiya xarici işlər naziri və baş nazirin müavininin Azərbaycana səfər edəcəyini xatırladıb. 

Narışkin də öz növbəsində qeyd edib ki, parlamentlərarası qarşılıqlı təsir Rusiya və Azərbaycan arasında mövcud olan böyük siyasi dialoqun hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO