Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin Azərbaycanın hazırda işğal altında olan ərazilərində hərbixa0 xidmətdə olub.xa0
Moderator.az xəbər verir ki, bunu deputatın özü İrəvanda “Lazarev klubu”nun ilk iclasındakı çıxışında söyləyib.
“Ermənistan mənim üçün çox əzizdir, yalnız mənim üçün deyil, ailəm üçün də. Atam ilk ordenini –Qırmızı Döyüş Bayrağı ordenini Hadrutdaxa0 sərhəd-zastava dəstəsinin komandiri kimi alıb...”-deyə K.Zatulin öz nitqində vurğulayıb.
Bununla Rusiya Dumasının üzvü ermənilərə məhəbbəti ilə yanaşı, xa0Azərbaycanın sonradan Moskva tərəfindən “Dağlıq Qarabağ” adlanan ərazisində yerləşən və xa0hazırda inzibati cəhətdən Azərbaycan Respublikasının Xocavənd rayonuna aid olan Hadrut qəsəbəsini də Ermənistan torpağı hesab etdiyini təsdiqləyir.
Araşdırmamızdan məlum oldu ki, Konstantin Zatulinin atası, polkovnik Fyodor İvanoviç Zatulin, doğrudan da, sovet dövründə Azərbaycandakı Hadrut sərhəd dəstəsinin komandiri olub.
Məlum olduğu kimi, həmin dövrdə Hadrut ərazisində əsasən ermənilər yaşayıb. Görünür, K.Zatulində ermənilərə qarşı isti münasibət də elə uşaqlıqdan formalaşıb. Atasının məzarı da hazırda ermənilərin çox olduğu Soçi şəhərindədir...
Sultan Laçınxa0xa0






































































































